Ana Sayfa > Karusel / Region > Bloomberg: Rusların daşınmaz əmlak almasına qoyulan qadağa yeni sanksiyalar paketindən çıxarılıb
Bloomberg: Rusların daşınmaz əmlak almasına qoyulan qadağa yeni sanksiyalar paketindən çıxarılıb31-05-2022, 08:02. Yazar: Admin |
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketindən Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına qadağa tətbiq olunması maddəsinin çıxarılması barədə qərar qəbul ediblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yeni sanksiya tədbirləri üzrə danışıqlara yaxın mənbələrə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, Kipr Avropa İttifaqında Rusiya Federasiyası vətəndaşlarının daşınmaz əmlak almasına qadağa tətbiq edilməsinə qarşı çıxıb. Aİ ölkələri bir neçə həftədir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmirlər. Çətinliklər, ilk növbədə, Rusiya neftinin alınmasına məhdudiyyətlərin qoyulmasına qarşı çıxan Macarıstanın mövqeyi ilə bağlıdır.(Report) Geri dön |