Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avstriya XİN: “Putinlə danışıqlar istənilən halda aparılmalıdır”
Ana Sayfa > Karusel / Dünya > Avstriya XİN: “Putinlə danışıqlar istənilən halda aparılmalıdır”

Avstriya XİN: “Putinlə danışıqlar istənilən halda aparılmalıdır”


31-05-2022, 06:44. Yazar: Admin

Avstriyanın XİN rəhbəri Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxıb

“Rusiya prezidenti Vladimir Putinlə danışıqlar istənilən halda aparılmalıdır”.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Puls 24” telekanalına bildirib.

Şallenberq Rusiya lideri ilə danışıqlar kanallarını saxlamağı vacib hesab edir:

“Hesab edirəm ki, Avstriyanın danışıqlar kanallarını açıq saxlamağa çalışması tamamilə düzgündür. İstənilən halda Putinlə danışıqlar lazımdır”.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı taxıl ixracı məsələsini şərh edən Şallenberq tədarükün dayandırılmasının nəticələrinin Rusiyaya da təsir edəcəyinə əminliyini ifadə edib.


Geri dön