Ana Sayfa > Karusel / Dünya > ÜST: Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı yoxdur
ÜST: Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı yoxdur31-05-2022, 06:37. Yazar: Admin |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur. Qarabaginfo.az xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”. ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur. Geri dön |