Ana Sayfa > Karusel / Gündəm > İyun ayının əvvəllərində hava şəraiti sabit olacaq

İyun ayının əvvəllərində hava şəraiti sabit olacaq


30-05-2022, 19:40. Yazar: Admin

İyun ayının əvvəllərində hava şəraiti sabit olacaq

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.


Geri dön