Ana Sayfa > Karusel / Gündəm > Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub


30-05-2022, 18:49. Yazar: Admin

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələləri müzakirə edib.

Prezident Ərdoğan, İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil edərək, mümkün monitorinq mexanizminin yaradılmasını təklif edib.

Bundan əlavə, dövlət başçısı Suriya sərhədinin 30 km. dərinliyində terrordan azad zonanın yaradılmasının hələ də mümkün olmadığını və buranı təhlükəsiz hala gətirməyin zəruri olduğunu bildirib.


Geri dön