Ana Sayfa > Karusel / İdman > “Bu, mənim xoşuma gəlmir” - De Byazi
“Bu, mənim xoşuma gəlmir” - De Byazi30-05-2022, 14:40. Yazar: Admin |
Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu iyunun 3-ü səfərdə Qazaxıstan millisi ilə keçirəcək. Qarabaginfo.az xəbər verir ki, komandamızın çalışdırıcısı Canni de Byazi bununla əlaqədar Qazaxıstan mətbuatına müsahibə verib: - Komandanız Millətlər Liqasının yeni mövsümünün ilk oyununu Qazaxıstanda keçirir. Azərbaycan yığmasının turnirə uğurlu başlaması nə dərəcədə vacibdir? - Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görüb. Biz bilirik ki, Millətlər Liqasına səfərdə yaxşı komandaya qarşı başlamaq asan olmayacaq. Amma üç xal qazanmağa çalışmaq lazımdır. Özümüz, bütün Azərbaycan xalqı, federasiyamız və ən əsası bayrağımız üçün 3 xal gətirməliyik. - İyun ayında qrupumuzun komandaları yarışda 10 gün ərzində dörd oyun keçirəcək. Bu təqvim haqqında nə düşünürsünüz? - Bilirəm ki, çoxlu səyahətlə qısa müddətdə dörd matç oynamaq asan deyil. Dincəlmək lazımdır, amma bu, mümkün deyil. Beynəlxalq təqvim çox sıxdır. - Azərbaycan yığmasının ilkin olaraq açıqlanan heyətində cəmi 15 futbolçu yer alıb. Niyə? - Çünki cümə günü, mayın 27-də Azərbaycan kubokunun final oyunu keçirildi və mən bu matçda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim. - Hazırda ən güclü azərbaycanlı futbolçuları Qazaxıstana gətirmək fikrindəsiniz? - Əlbəttə! - Maraqlıdır, sizcə, Qazaxıstan millisinin ən yaxşı oyunçuları kimlərdir? - Adətən rəqibin komandasına baxıram, amma nə onun fərdi xüsusiyyətlərini, nə də oyun tərzini ictimaiyyət qarşısında mühakimə edirəm. Qazaxıstan millisi yaxşı futbolçulardan ibarət komandadır. - Maqomed Adiyevin rəhbərliyi altında komandadan nə gözləyə bilərsiniz? - Məncə, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik. - Qazaxıstandakı oyun “Astana Arena”nın süni ot örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi? - Hər iki komanda üçün oyun meydançası eynidir. Amma şəxsən bu, mənim xoşuma gəlmir. - Qarşıdan gələn Millətlər Liqası turniri üçün Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub? - Bacardığınız qədər yaxşı çıxış edin. - Sizcə qrupumuzun favoriti kimdir? - Slovakiya millisi. Geri dön |