Ana Sayfa > Karusel / Sosial > WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü
WhatsApp-da koronavirusa görə yeni funksiya işə düşdü29-04-2020, 09:44. Yazar: Admin |
WhatsApp messencerində qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb. Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, hazırda qrupa 4 deyil, 8 nəfər qoşula bilər. Daha əvvəl bu funksiya test versiyalarda mümkün olub. Onun aktivləşməsi üçün tətbiqetməni yeniləmək lazımdır. İştirakçıları qrupa əlavə etmək ardıcıllığı əvvəlki kimidir: "Yeni qrup yarat", "Formatı seç" (audio, video) və "Lazımi istifadəçiləri daxil et". Qrup söhbətlərində istifadəçi sayının artırılması zərurəti koronavirus pandemiyası ilə əlaqələndirilib. Şirkətdən verilən açıqlamada deyilir: “Pandemiya səbəbindən çoxları dostlarından və ailəsindən uzaq qalıb. Bu səbəbdən istifadəçilər daha çox audio və video zənglərdən istifadə etməyə başlayıb. Bu səbəbdən qrup söhbətləri üçün istifadəçilərin sayı artırıldı”.
Geri dön |