Ana Sayfa > Karusel / Gündəm > Erməni ictimai xadim: “Serj Sarkisyanın dövründə Rusiyadan 50 min ton hərbi yardım aldıq”

Erməni ictimai xadim: “Serj Sarkisyanın dövründə Rusiyadan 50 min ton hərbi yardım aldıq”


30-05-2022, 12:45. Yazar: Admin

 

2017/10/160630133905_armenia_russian_military_base1_624x351345345_1508761298.jpg
 
“Silahlarla bağlı 100 milyon dollarlıq müqaviləmiz və 150 milyon dollarlıq müqaviləmiz var idi”.

Qarabaginfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Henrik Danielyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi 44 günlük müharibə zamanı azad edilmiş ərazilərdə təxminən 5 milyard dollar dəyərində hərbi texnika və silahlarının qaldığını bildirib.

“Son illər ordumuz “İskəndər”, “Toçka U”, “Smerç”, “Konkurs” və digər müasir silahlar ilə komplektləşdirilib. Serj Sarkisyanın sayəsində onun hakimiyyəti dövründə müttəfiqimiz Rusiyadan 50 min ton hərbi yardım aldıq. Silahlarla bağlı 100 milyon dollarlıq müqaviləmiz və 150 milyon dollarlıq müqaviləmiz var idi. Qeyd edək ki, Nikolun hakimiyyəti dövründə SU-lardan başqa böyük alış olmayıb. Nikol hakimiyyətə gəldi və dedi ki, danışıqlara öz şəxsi nöqtəsindən başlayır. O gəldi və dedi: “Qarabağ Ermənistandır, vəssalam”. Bizi dağıdıcı müharibəyə apardı, nəticədə minlərlə öldürülmüş və əsir götürülmüş ermənilər var”, - deyə Danielyan qeyd edib.

Geri dön