Ana Sayfa > Karusel / Region > Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


30-05-2022, 12:33. Yazar: Admin

Azərbaycanda türmə rəisi işdən çıxarıldı

Hazırda Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 94 nəfər təşkil edir.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 4 nəfər azalıb. Onların 12-si ittiham olunan, 2-si yeniyetmə olmaqla 82-si isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində 41 nəfər Azərbaycan vətəndaşı var ki, onların sayı aylıq müqayisədə 2 nəfər artıb.

Qonşu ölkədə 578 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 304 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətində saxlanılır.


Geri dön