Ana Sayfa > Karusel / Gündəm > İsrail səfiri Zəngilana getdi

İsrail səfiri Zəngilana getdi


30-05-2022, 12:22. Yazar: Admin

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilana səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə diplomat Tvitterdə yazıb.

“Bu yaxınlarda İsrail şirkətlərinin öz texnologiyaları və nou-hauları ilə təmsil olunduğu Zəngilanın ağıllı kəndinə gözəl səfərimiz olub. 1 ildən az müddətdə böyük iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə böyüyən tərəfdaşlığımızın önəmli hissəsidir”, - C.Dik qeyd edib.

 


Geri dön