Mərmərə dənizində iki yük gəmisi toqquşub, itki yoxdur.
Qarabağinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber ” telekanalı xəbər verib.
Qeyd edilir ki, "Mare" quru yük gəmisi Mərmərə dənizində üzərkən naməlum səbəbdən idarəetmədən çıxıb. Bu zaman o, digər quru yük gəmisi "Arel-4" ilə toqquşub.
Əraziyə sahil təhlükəsizlik qrupları göndərilib. Ekipajlar qəza ilə bağlı hesabat hazırlayıblar.
"Toqquşmadan sonra hər iki gəmi reysə davam edib. Tələfat yoxdur", - telekanal bildirib.