Ana Sayfa > Karusel / Gündəm > Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb
Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb29-05-2022, 12:25. Yazar: Admin |
Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb. Qarabaginfo.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub. 10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub. Qeyd edək ki, qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək. Geri dön |