Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub


29-05-2022, 11:51. Yazar: Admin

Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

Qarabaginfo.az-ın “RİA Novosti“ agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

 

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.


Geri dön