Ana Sayfa > Karusel / Gündəm > Niderlandda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Niderlandda Azərbaycanın Müstəqillik Günü qeyd edilib29-05-2022, 11:36. Yazar: Admin |
Niderlandın Haaqa şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Diasporla Komitəsindən verilən məlumata görə, Azərbaycanın Niderland Krallığındakı səfirliyində təşkil edilən tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxış edib. 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verən diplomat ötən əsrin 90-cı illərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın üzləşdiyi erməni təcavüzündən danışıb. Bildirib ki, 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Hazırda Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq işləri, ölkəmizin Avropa İttifaqının enerji təminatçısı olduğu, irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələr qurulmasının 30 ilinin tamamlandığını xatırladan səfir dövlətlərarası münasibətlərin inkişafından da bəhs olunub. Tədbir Niderlandda fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun çıxışı ilə davam edib.
Geri dön |