Ana Sayfa > Karusel / Gündəm > Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib

Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib


29-05-2022, 10:41. Yazar: Admin

Naujienos

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Rusiya Federasiyasına qarşı yeni neft embarqosu layihəsi göndərib.

Bu barədə Qarabaginfo.az 

“Bloomberg” 

ə istinadən xəbər verir. Agentlik mənbələrə istinadən yazır ki, sənəd Rusiya Federasiyasından neftdən imtina üçün keçid dövrünün uzadılmasını nəzərdə tutur.

Məlumata görə, Bolqarıstana embarqonun tətbiqinə 2024-cü ilin iyun və ya dekabr ayına qədər möhlət vermək təklif olunub.

Layihəyə əsasən, xammalın Macarıstana çatdırıldığı “Drujba” neft kəmərinə qarşı sanksiyaların tətbiq edilməməsi qərara alınıb.

Avropa dövlətlərinin 6 aydan sonra Rusiya neftinin, 8 aydan sonra isə neft məhsullarının idxalını tədricən dayandırması planlaşdırılır.


Geri dön