Ana Sayfa > Karusel / Gündəm > İlbər Ortaylı: "Azərbaycan-Türkiyə qardaşlığı, eyni zamanda müttəfiqlik səviyyəsində inkişaf edib"
İlbər Ortaylı: "Azərbaycan-Türkiyə qardaşlığı, eyni zamanda müttəfiqlik səviyyəsində inkişaf edib"28-05-2022, 22:59. Yazar: Admin |
"Olduqca sevindirici haldır ki, bu gün davam edən Azərbaycan-Türkiyə qardaşlığı, eyni zamanda müttəfiqlik səviyyəsində inkişaf edib. Bu inkişafın təməlində hələ Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə çoxtərəfli - hərbi, siyasi, iqtisadi, elmi əməkdaşlığı dayanır". Qarabaginfo.az bildirir ki, bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında türkiyəli tarixçi alim, professor İlbər Ortaylı bildirib. O qeyd edib ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti bir çox tarixi nailiyyətlər əldə etdi: "Bu tarixi önəm daşıyan nailiyyətlərin içində Osmanlı dövləti ilə müttəfiqliyin bağlanması isə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hərbi rəhbərliyinin uzaqgörənliyinin nəticəsi hesab olunur. XIX əsrin sonunda maarifçiliyin ön plana çıxması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti də, milli təhsil, iqtisadiyyat, milli dövlətçilik və dövlət quruculuğu işində müasirləşmə xəttini tutdu". İlbər Ortaylı Cümhuriyyət dönəmində Bakının xüsusi rolundan bəhs edib: "İstiqlaliyyətin mərkəzi olan Bakı həm memarlıq üslubuna, həm əhalisinin dünyagörüşü və təhsili, həm də ab-havasına görə regionda olan digər paytaxtlardan daha yüksək səviyyədə idi. Elə bu baxımdan da həmin dövrdəki hökumət və Milli Şura, Azərbaycan istiqlaliyyətinin mərkəzi kimi paytaxtı Gəncədən Bakıya köçürməyin labüd olduğunu dərindən dərk edirdilər". Geri dön |