Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi


28-05-2022, 18:04. Yazar: Admin

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

"Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.

“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan, Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan, Türkiyə.


Geri dön