Bu gün səhər saatlarında Gümrü şəhərində itaətsizlik aksiyaları və Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyan bölgələrdə itaətsizlik aksiyalarına başlanılacağını bəyan etmişdi.
Ötən gün isə bir sıra magistral yollar bağlanıb, polis etirazçıları çıxarmaq üçün güc tətbiq edib.