Ana Sayfa > Karusel / İqtisadiyyat > Dünyada taxıl qıtlığı yarana bilər

Dünyada taxıl qıtlığı yarana bilər


28-04-2020, 14:29. Yazar: Admin

 

 

Rusiyada taxıl ixracatına tətbiq edilən kvota üzündən dünya bazarında taxıl qıtlığı yarana bilər.

Qarabaginfo.az “Report” istinadən xəbər verir ki, mart ayında Rusiya Kənd Təsərrüfatı Nazirliyi qiymətlərin artmasını əngəlləmək üçün iyunun 30-dək taxıl və bir sıra başqa dənli bitkilərin ixracına 7 milyon ton həcmində limit tətbiq etmişdi. Bu qayda yalnız bir neçə qonşu ölkəyə şamil olunmur.

Lakin aprel ayında 4 milyon tondan artıq taxıl ixrac edən Rusiyanın qarşıdakı iki ay ərzində 3 milyon tondan da az limiti qalıb. Rusiya dünyanın ən böyük taxıl ixracatçısı olduğuna görə, yaranmış vəziyyət üzündən dünya bazarında taxıl qıtlığının baş qaldıra biləcəyi güman edilir. 

Bununla belə bəzi ekspertlərin fikrincə, Avropa və Şimali Amerika istehsalçıları yaranmış boşluğu doldurmaq üçün hərəkətə keçə bilərlər.


Geri dön