Ana Sayfa > Karusel / Gündəm > Azadlığa çıxan məhkumlar Qarabağdan quruculuq işlərinə cəlb ediləcək
Azadlığa çıxan məhkumlar Qarabağdan quruculuq işlərinə cəlb ediləcək28-05-2022, 12:17. Yazar: Admin |
Azadlığa çıxan məhbusların Qarabağda işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb edilməsi gözlənilir.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc əfv sərəncamının icrası zamanı deyib.
Z.Oruc bildirib ki, əfv cəmiyyətdə humanizm prinsiplərinə töhfə verir:
"Hesab edirəm ki, bu insanlar əzizlərinə doğmalarına qovuşdular. Onların bir daha yolunun cəzaçəkmə müəssisələrindən keçməyəcəyinə ümid edirəm. Eyni zamanda, mən parlamentin İnsan Haqları Komitəsinə rəhbərlik edən biri kimi düşünürəm ki, gələcək dönəmdə bu şəxslərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə cəlb olunması üçün tədbirlər görə bilərik. Fərqli bir plan, proqramlar işlənməkdədir. Onların içərisində bu insanların reabilitasiyası, cəmiyyətə qayıtması üçün, onların üzərlərində hər hansı damğanın qalmaması üçün, islah məqsədilə belə proqramlara ehtiyac var. Cəmiyyətə inteqrasiya, insanlara yaralı olmaq məqsədilə biz bu istiqamətdə mövqelərimizi parlamentdə daha güclü səsləndirməliyikü.
Komitə sədri deyib ki, quruculuq planında bu təbəqədən olan insanların daha fəal iştirakı üçün ayrıca plan və proqramlar olacaq. Geri dön |