Ana Sayfa > Karusel / Gündəm > Nazir general-mayoru təqaüdə göndərdi
Nazir general-mayoru təqaüdə göndərdi28-05-2022, 11:39. Yazar: Admin |
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev təqaüdə göndərilib. DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib. Geri dön |