Ana Sayfa > Karusel / Gündəm > 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 27 nəfərə şamil olunub

2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 27 nəfərə şamil olunub


28-05-2022, 11:21. Yazar: Admin

Əfv olunan əcnəbilər azadlığa çıxdılar - İki sahil

 

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi PenitensiarXidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Sərəncam bu müəssisədəki məhkumlardan 27 nəfərə şamil olunub.

Onlardan 22 azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 5-i "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir. Bir nəfər jurnalist Zöhrab Əliyev də azadlığa buraxılanlardandır.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.


Geri dön