Ana Sayfa > Karusel / Siyasət > Hesablama Palatası ötən il 75 milyon manat səmərəsiz xərc aşkar edib

Hesablama Palatası ötən il 75 milyon manat səmərəsiz xərc aşkar edib


28-04-2020, 12:41. Yazar: Admin

 

Hesablama Palatasının saxlanma xərcləri azaldılıb2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib.

 xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.

"Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağl xərclərdir. Hesab edirik ki, bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var", - deyə o, qeyd edib.  "Report"

 


Geri dön