Ana Sayfa > Karusel / Gündəm > Fatma Yıldlrım: "Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsidir"
Fatma Yıldlrım: "Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsidir"27-05-2022, 19:40. Yazar: Admin |
“Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Azad olunmuş ərazilərimizə hər bir səfər xalqımıza yeni müjdələr verir”. Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfər 28 May Müstəqillik Günü ərəfəsində gerçəkləşməsi ilə əlamətdar oldu. Artıq Qarabağda həyat canlanmağa başlayıb: "Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Budəfəki səfər zamanı da biz bu sevinci və qüruru yaşadıq. Cənab Prezident və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Daha sonra Zəngilan Beynəlxalq Hava Limanının və Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Sonra isə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub. Millət vəkilinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri böyük sürətlə aparılır və bu işlər ölkə rəhbərliyinin xüsusi diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. “Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Prezident İlham Əliyev görüləcək gələcək işlər barədə də fikirlərini bildirdi. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq. Bütövlükdə, regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı da bunu təsdiqləyir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq. Ağalı kəndi isə Böyük Qayıdışın ilk müjdəsi oldu. Beləliklə, Böyük Qayıdışa start verildi. Millətimiz üçün xeyirli-uğurlu olsun!”. Geri dön |