Ana Sayfa > Karusel / Gündəm > Əfv sərəncamı ümumilikdə 212 nəfərə şamil olunub
Əfv sərəncamı ümumilikdə 212 nəfərə şamil olunub27-05-2022, 18:56. Yazar: Admin |
Əfv sərəncamı ümumilikdə 212 nəfərə şamil olunub. Qarabaginfo.az xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamına əsasən, 167 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 36 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 3 nəfər azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad ediliblər, 6 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunublar. Geri dön |