Ana Sayfa > Karusel / Gündəm > Ermənistan müdafiə naziri Qarabağdakı rus komandanla görüşdü
Ermənistan müdafiə naziri Qarabağdakı rus komandanla görüşdü27-05-2022, 15:56. Yazar: Admin |
Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov ilə görüşüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, general nazirə Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında hökm sürən vəziyyəti və cari məsələləri təqdim edib.
Tərəflər Rusiyanın regionda vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının effektivliyini yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin regional proseslərə dair fikir mübadiləsi aparılıb. Geri dön |