Ana Sayfa > Karusel / Gündəm > Minaya düşmüş şəxsə əlillik artıq terror səbəbindən veriləcək
Minaya düşmüş şəxsə əlillik artıq terror səbəbindən veriləcək27-05-2022, 12:15. Yazar: Admin |
Terror səbəbindən zərərçəkmiş şəxslərlə bağlı yeni əlillik səbəbi müəyyənləşdirilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib. O bildirib ki, müstəqillik dövründə terrorda zərərçəkmiş şəxslərin siyahısı müvafiq qurumlarla birgə müəyyənləşdirilib: "İşğaldan azad olunmuş ərazilərdə minaya düşmüş şəxsə əlillik əvvəl ümumi səbəbdən verilirdi. Lakin bundan sonra terror səbəbindən veriləcək". Geri dön |