Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram".