Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri - Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.
Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə polis şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.