Ana Sayfa > Karusel / Gündəm > Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb

Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb


27-05-2022, 00:39. Yazar: Admin

Galerie: „Náš blitzkrieg se totálně zhroutil.“ Uniklý text z FSB ukazuje chaos v ruské invazi - Fotka 1 - Echo24.cz

Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu müharibədə təxminən 1 000 tank, 350-dən çox artilleriya, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.

Pentaqon hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alınsa belə, Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

“Rusiyanın döyüşdə istifadə edə biləcəkləri vasitələrin, texnikanın və silahların sayı həqiqətən üstündür və biz bunu nəzərə almalıyıq”, - Pentaqondakı mənbə bildirib.


Geri dön