Ana Sayfa > Karusel / Gündəm > İsrail Prezidenti Azərbaycan dövlət başçısına zəng edib
İsrail Prezidenti Azərbaycan dövlət başçısına zəng edib26-05-2022, 19:44. Yazar: Admin |
Mayın 26-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib. Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |