Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 23 nəfər sağalıb, bir nəfər vəfat edib
Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 23 nəfər sağalıb, bir nəfər vəfat edib27-04-2020, 16:19. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. REKLAM Geri dön |