Bunu Qarabaginfo.az-a Metal Konstruksiya zavodunun baş mühəndisi Cavidan Kərimov deyib.
Minapartladan qurğu sınaqdan keçirilib və ANAMA tərəfindən müvafiq rəy alınıb.
"İlkin olaraq qurğu böyük ehtimalla Füzuli rayonunun ərazisində minaların zərərsizləşdirilməsində istifadə olunacaq",- Cavidan Kərimov qeyd edib.
Xatırladaq ki, MEMATT minapartladan qurğunun prototipidir.