Ana Sayfa > Karusel / Gündəm > Nazir: “Akıncı” PUA-larının Azərbaycanla birgə istehsalı üzrə danışıqlar gedir”
Nazir: “Akıncı” PUA-larının Azərbaycanla birgə istehsalı üzrə danışıqlar gedir”26-05-2022, 14:02. Yazar: Admin |
“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "APA-Economics" açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib. O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Hazırda bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”. Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar. Geri dön |