Ana Sayfa > Karusel / Siyasət > Türkiyəli nazir: “Dünya bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq”

Türkiyəli nazir: “Dünya bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq”


26-05-2022, 12:30. Yazar: Admin

Türkiyəli nazir “Dünya bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq” - Segirt Son Dəqiqə Mövcud Xəbərlər

“10-15 il əvvəl bir sıra ölkələr bizə pilotsuz uçuş aparatları satmır, terrorla mübarizəyə bu formada dəstəyi əsirgəyirdilər. Ancaq biz milli texnologiya ilə bu prosesi tərsinə çevirdik. Həmin ölkələr bu gün Türkiyənin bu möcüzə texnologiyalarını almaq üçün sırada gözləyirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün "Texnofest Azərbaycan" festivalında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Türkiyəli nazir deyib ki, gənclərə dəstək verilərsə, bacarılmayacaq heç nə yoxdur: “Hər il festival iştirakçılarının sayı ilə rekordlar qırır. Siyasi müstəqilliyin yolu texnoloji müstəqillikdən keçir. Türkiyəyə Kipr, terrorla mübarizə məsələlərində dünyanın necə münasibət bəslədiyini yaxşı görmüşük. "Texnofest Azərbaycan" bunlara verilmiş ən böyük cavabdır. Bu gün tək texnologiya festivalı keçirmirik, qardaş ölkələr olduğumuzu dünyaya mesaj veririk. Eşq olsun Can Azərbaycana, Türkiyəyə!”

Mustafa Varank qeyd edib ki, Qarabağın azadlığında Türkiyə olaraq milli texnologiyalarla yer aldıqları üçün qürur duyurlar: “Biz bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya da bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq”.


Geri dön