Ana Sayfa > Karusel / Gündəm > Bayraqdar açılış nitqində Şuşa mesajı verdi
Bayraqdar açılış nitqində Şuşa mesajı verdi26-05-2022, 12:24. Yazar: Admin |
Tək millət, iki dövlət olaraq qardaşlığımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir. Qarabaginfo.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraqdar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib. “Dost dar gündə tanınar” deyən Bayraqdar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə də, yaxşı gündə də birlikdədir və hər zaman olacaq: “Bəxtiyar Vahabzadənin dediyi kimi, bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə". "Teknofesti uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram”, - deyə Səlcuq Bayraqdar qeyd edib.
Geri dön |