Ana Sayfa > Karusel / Gündəm > “Trendə çevirdilər ki, mənimlə şəkil çəkdirən ölür” - Hacı Nuran

“Trendə çevirdilər ki, mənimlə şəkil çəkdirən ölür” - Hacı Nuran


26-05-2022, 11:32. Yazar: Admin

“Trendə çevirdilər ki, mənimlə şəkil çəkdirən ölür”

Aparıcı Hacı Nuran Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qarabaginfo.az xəbər verir ki, o, Baku TV-yə müsahibəsində məşhur olan ad günü təbriklərindən danışıb: “Bir təbrikə 45 dəqiqə vaxt sərf edirəm. Hərdən olur ki, gün ərzində 10 nəfərin doğum günü olur”.

“Telefonumda 3 milyona yaxın şəkil var”, - deyən aparıcı onunla foto çəkdirənlərin ölməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

“Arif Quliyev, Rəmişin yanına getdik. Elə oldu ki, onlar koronavirusdan dünyasını dəyişdi. İstər-istəməz insanlar bu şəkilləri yığıb trendə çevirdilər ki, mənimlə şəkil çəkdirənlər ölür. Əvvəl şoka düşmüşdüm. Bundan incimirəm. Bizdə müəyyən bir şey çox tez trendə düşür. Parisdəki Notr-Dam kilsəsi önündə şəklim var idi. Ora yananda tez haradansa şəkli tapdılar. Montaj etdilər: bina yanır, mən də yanında dayanmışam”.  

Hacı Nuran aparıcının şəkil çəkdirmək istəyinə “ölmək istəmirsinizsə, çəkdirək”, - deyə cavab verib.


Geri dön