Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şarl Mişel Kremlə xəbərdarlıq edib
Ana Sayfa > Karusel / Gündəm > Şarl Mişel Kremlə xəbərdarlıq edib

Şarl Mişel Kremlə xəbərdarlıq edib


25-05-2022, 22:55. Yazar: Admin

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Mişel “Twitter“də bildirib.

 

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır.

20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb.

Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.


Geri dön