Ana Sayfa > Karusel / Gündəm > Bayramdan sonra 5 günlük məktəblərdə ilk iş günü 31, 6 günlük məktəblərdə 30 may olacaq

Bayramdan sonra 5 günlük məktəblərdə ilk iş günü 31, 6 günlük məktəblərdə 30 may olacaq


25-05-2022, 18:26. Yazar: Admin

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Təhsil Nazirliyindən verilən xəbərə görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.


Geri dön