Ana Sayfa > Karusel / Region > Rusiya XİN: Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaların reallaşmasına kömək edəcək

Rusiya XİN: Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaların reallaşmasına kömək edəcək


25-05-2022, 17:39. Yazar: Admin

 

Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb - "İki sahil"

“Rusiyanın strateji məqsədi Cənubi Qafqazı stabil və çiçəklənmə zonasına çevirmək, bu prosesə kömək etməkdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 22-də Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin son görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu prosesdə əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin kompleks normallaşmasıdır, möhkəm sülhün qurulmasıdır.

XİN rəsmisi qeyd edib ki, bu istiqamətdə səylərin əsası üçtərəfli bəyanatlardır, hansı ki, bu bəyanatlar ardıcıl olaraq icra edilir.

Zaxarova vurğulayıb ki, Rusiya Bakı və İrəvandan olan tərəfdaşlarına nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası, ictimai dialoqun qurulması və sülh müqaviləsinin hazırlanması daxil olmaqla, bütün treklərdə hərtərəfli yardım göstərir: “Bəli, biz Avropa İttifaqının ali səviyyədə üçtərəfli razılaşmaların icra olunması prosesinə inadkarlıqla müdaxilə etmək cəhdlərini görürük. Ümid edirik ki, Brüssel bu razılaşmaların reallaşmasına kömək edəcək, geosiyasi oyunlar aparmağa cəhd etməyəcək, hansı ki, biz bunu istəmirik”.


Geri dön