Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb25-05-2022, 16:14. Yazar: Admin |
Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.
MN-dən Qarabaginfo.az-a verilən məlumata görə, qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib. Geri dön |