Ana Sayfa > Karusel / Gündəm > Səhiyyə Nazirliyi: Azyaşlılarda zəhərli zob üstünlük təşkil edir

Səhiyyə Nazirliyi: Azyaşlılarda zəhərli zob üstünlük təşkil edir


25-05-2022, 15:33. Yazar: Admin

Səhiyyə Nazirliyi: Azyaşlılarda zəhərli zob üstünlük təşkil edir

“Zərərli vərdişlər - siqaret çəkmək və alkoqol qəbulu qalxanabənzər vəzin funksiyasını pozur. Hətta zəhərli zobun müalicəsi siqaret çəkənlərdə olduqca çətinlik yaradır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov deyib.

Onun sözlərinə görə, qalxanabənzər vəzi xəstəliyinin yaşı xeyli cavanlaşıb: “Hətta 6-7 yaşlı uşaqlarda da bu xəstəliyə rast gəlirik və çox təəssüf ki, azyaşlılarda zəhərli zob üstünlük təşkil edir. Quba, Qəbələ, Qax, Şəki, Zaqatala, Lənkəran və Naxçıvanda yaşayan insanlarda yod çatışmazlığı nəticəsində bu xəstəliyə daha çox rast gəlinir. Hətta apardığımız tədqiqatların bir hissəsi olaraq orada yaşayan uşaqları ultrasəs müayinəsi etdik. Bu ərazilərdə yaşayan məktəb yaşındakı uşaqların çox hissəsində qalxanabənzər vəzi düyümlərinə rast gəldik. Lənkəranda daha çox zəhərli, Naxçıvanda isə düyümlü zobla rastlaşırıq”.


Geri dön