Ana Sayfa > Karusel / Siyasət > Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib


25-05-2022, 15:11. Yazar: Admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da möhkəmləndiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".


Geri dön