Ana Sayfa > Karusel / Siyasət > Pandemiya üçün ayrılan 261 milyon kifayət etmədi - Nazir

Pandemiya üçün ayrılan 261 milyon kifayət etmədi - Nazir


25-05-2022, 12:29. Yazar: Admin

Ötən il koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib.

Qarabaginfo.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, bu məbləğ kifayət etməyib:

“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib”.

 


Geri dön