Ana Sayfa > Karusel / Gündəm > Televiziya və radioda çalışanların sayı açıqlanıb

Televiziya və radioda çalışanların sayı açıqlanıb


25-05-2022, 10:36. Yazar: Admin

Televiziya və radioda çalışanların sayı açıqlanıb

Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir.

Qarabaginfo.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-ci il üçün audiovizual industriya bazarının illik qısa analizində qeyd olunub.

Bildirilib ki, onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur.

Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər,
Dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.

2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olub:

Əməkhaqqı fondu - 49.500.000 manat; Yayım xərcləri - 13.300.000 manat; Yerli kontent xərcləri - 6.700.000 manat; Xarici lisenziyalı kontent xərcləri - 4.200.000 manat.


Geri dön