Ana Sayfa > Karusel / Gündəm > Çexiya Prezidenti 11 vətəndaşa Ukrayna ordusuna qoşulmağı qadağan edib

Çexiya Prezidenti 11 vətəndaşa Ukrayna ordusuna qoşulmağı qadağan edib


24-05-2022, 17:49. Yazar: Admin

Çexiya Prezidenti 11 vətəndaşa Ukrayna ordusuna qoşulmağı qadağan edib

Çex Respublikasının Prezidenti Miloş Zeman 11 vətəndaşa Ukrayna Silahlı Qüvvələrinin sıralarına qatılmağa icazə verməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çex Respublikasının dövlət başçısının mətbuat katibi İrji Ovçaçek “Tvitter”də yazıb.

“Prezident Miloş Zeman müdafiə nazirinin mənfi rəyinə əsaslanaraq 11 Çexiya vətəndaşına onların öz xahişi ilə Ukrayna Ordusunun sıralarına qatılmasına icazə verməyib”, - Ovçaçek qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Çex Respublikasının Prezidenti Miloş Zeman Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyən 103 Çexiya vətəndaşına rəsmi icazə verib.


Geri dön