Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda koronavirusla bağlı bu tələb LƏĞV EDİLDİ
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda koronavirusla bağlı bu tələb LƏĞV EDİLDİ

Azərbaycanda koronavirusla bağlı bu tələb LƏĞV EDİLDİ


24-05-2022, 16:20. Yazar: Admin

Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 

 

Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb:

 

"Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur".


Geri dön