Ana Sayfa > Karusel / Region > Türk Dünyası Sığorta Birliyi yaradılıb

Türk Dünyası Sığorta Birliyi yaradılıb


24-05-2022, 16:12. Yazar: Admin

Turk dovletlerinin sigorta birliyi yaradilacaq

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, Birliyə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür.

Dünyada ilk dəfə yaradılan Birliyin başlıca məqsədi türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsidir.

Türk Dünyası Sığorta Birliyinin yaradılması ideyası "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində ortaya çıxıb.


Geri dön