Ana Sayfa > Karusel / Sosial > 80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib
80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib27-11-2017, 10:30. Yazar: Admin |
Bu il “Grenncard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb. "Qarabaginfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Greencard Azərbaycan” şirkətindən Modern.az-a verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dir. “Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir). “Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”. Bu il “Greencard” lotereyasına qeydiyyat oktyabrın 18-i start götürüb və noyabrın 22-də tamamlanıb. Müraciətçilər həm sərbəst şəkildə ABŞ-ın rəsmi saytından, həm də birbaşa “Greencard Azerbaijan” saytı (greencard.az) vasitilə lotereyada iştirak edə bilərlər. “Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb. Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər. Qeyd edək ki, 2017-ci il üçün “”Greencard” lotereyasına müraciət ilk olaraq oktyabrın əvvəllərində başlayıb, lakin 1 həftə sonra dövlət saytında texniki problemlər yaranıb və sayt bağlanıb. Sərbəst şəkildə qeydiyyatdan keçən şəxslərin qeydiyyatı ləğv olunub. Və ayrı – ayrılıqda müraciətçilərə bununla bağlı məlumat verilmədiyindən lotereya iştirakçılarının əksəriyyətinin müraciətinin ləğv olunduğundan xəbərləri yoxdur.
Geri dön |