Ana Sayfa > Karusel / Gündəm > Daha bir ölkədə meymunçiçəyi xəstəliyi aşkarlandı

Daha bir ölkədə meymunçiçəyi xəstəliyi aşkarlandı


24-05-2022, 16:03. Yazar: Admin

Daha bir ölkədə meymunçiçəyi xəstəliyi aşkarlandı

 


Sloveniyada meymunçiçəyi xəstəliyi aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniyanın Mikrobiologiya və immunologiya institutu məlumat yayıb.

Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub.

Xatırladaq ki, ÜST-ün məlumatına görə dünyada bu xəstəliyə 131 yoluxma faktı qeydə alınıb.

Həmin ölkələr siyahısında Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniyada və Danimarka var.


Geri dön